İçeriğe geçmek için "Enter"a basın

Avropa Parlamenti “Brexit”ə dair gələn həftə səs verəcək

18-10-2019

[r32]

18 Oktyabr, 2019  19:19 xeber – Avropa Parlamentində “Brexit”lə bağlı səsvermə gələn həftənin əvvəlində keçiriləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında Fransa prezidenti Emanuel Makron bildirib.

“Şənbə günü Böyük Britaniya parlamentində, bazar ertəsi günü isə Avropa Parlamentində səsvermə gözlənilir”, – deyən Fransa prezidenti daha əvvəl son tarix olaraq müəyyənləşdirilən oktyabrın 31-dək “Brexit” məsələsinin həll olunacağına inandığını ifadə edib.



mənbə :
Report.az

Avropa Parlamenti “Brexit”e dair gelen hefte ses verecek