İçeriğe geçmek için "Enter"a basın

Bakı sakinindən 5 kq heroin götürülüb

18-10-2019

[r32]

18 Oktyabr, 2019  13:29 xeber – Bakıda 40 yaşlı kişidən külli miqdarda narkotik vasitə götürülüb.

“Report”un xəbərinə görə, hadisə Xətai rayon ərazisində baş verib.

Belə ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı sakini, 1979-cu il təvəllüdlü N.Məmmədovdan 5 kiloqramdan çox heroin və 2,650 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

mənbə :
Report.az

Baki sakininden 5 kq heroin goturulub