İçeriğe geçmek için "Enter"a basın

Kadırovdan gəlinliklərlə bağlı QADAĞA

29-09-2015


29.09.2015 / 18:20 xeber –

Çeçenistan prezidenti Ramzan Kadırov toy paltarları salonları rəhbərlərindən açıq-saçıq gəlinlik paltarlarının satışını dayandırmağı tələb edib.

Lent.az-ın yenises.ru-a istinadən məlumatına görə, Kadırov "Axır zamanlar gəlinlər Avropa stilində sinəsi-başı açıq gəlin paltarları geyinirlər. Bu doğru deyil və çeçen adət-ənənəsi ilə uzlaşmır. Elə etmək lazımdır ki, çeçen adət-ənənəsini saxlayaq. Toy paltarları satışı salonlarının milli toy geyimləri satmağa keçməsi lazımdır" – deyə bildirib.

Onun sözlərinə görə,  "əgər gənc nəsil yad ideologiya ilə zədələnirsə, bu özünəməxsusluğu təhlükə altına salar ".

 

mənbə :
lent.az

Kadırovdan gelinliklerle bağlı QADAĞA