İçeriğe geçmek için "Enter"a basın

Afaq restoran açır: "Biznesimi genişlədəcəm"

29-09-2015


29.09.2015 / 17:48 xeber –

Müğənni Afaq Aslan biznes ledi olmaq qərarına gəlib.

 

Lent.az-a açıqlama verən ifaçı bildirib ki, paytaxtın mərkəzində restoran açır: “Demək olar ki, 2015-ci il mənim ilim oldu. Həm yaradıcılığımda, həm də şəxsi həyatımda hər şey öz yolunda getdi. Baxmayaraq ki, bu il mən istəmədən adım bəzi müğənnilərlə qalmaqalda hallandı. Adımı hallandırmaqları isə onlara baha başa gəldi. Bu sözlərim əbəs yerə deyil. Yaxınlarda hər şeyin şahidi olacaqsınız. Hələlik isə yaradıcılıq işlərimlə əlaqədar Gürcüstandayam. Bir neçə gün sonra paytaxta qayıdacam və yeni biznesimin açılışını edəcəm. Biznesimin ilk növbəsində restoran durur. Bir neçə ay sonra biznesimi daha da genişləndirəcəyəm”

mənbə :
lent.az

Afaq restoran açır: "Biznesimi genişledecem"