İçeriğe geçmek için "Enter"a basın

Xorvatiya - Macarıstan oyunu ərəfəsində iki komandanın azarkeşləri arasında dava olub - VİDEO

10-10-2019

[r32]

10 Oktyabr, 2019  16:46 xeber – AVRO-2020-nin seçmə mərhələsinin Xorvatiya – Macarıstan oyunu ərəfəsində iki komandanın azarkeşləri arasında dava düşüb.

“Report” “Jutarnji List”ə istinadən xəbər verir ki, dünən axşam və bu gün səhər tərəfdarlar matçın baş tutacağı Split şəhərində dalaşıblar. Nəticədə qonaqların bir azarkeşi xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilib. Onun həyatı üçün heç bir təhlükə olmadığı bildirilir.

İnsidentlərə görə 5 nəfər xorvatiyalı, 1 nəfər isə macarıstanlı fanat saxlanılıb.

Qeyd edək ki, bu gün “Polyud” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Xorvatiya Azərbaycan millisinin də yer aldığı E qrupunda 10 xalla liderdir. Macarıstan isə 9 xalla Slovakiya ilə növbəti iki pilləni bölüşür.



mənbə :
Report.az

Xorvatiya – Macaristan oyunu erefesinde iki komandanin azarkesleri arasinda dava olub