İçeriğe geçmek için "Enter"a basın

Avropa çempionatına qatılacaq Azərbaycan ağırlıqqaldıranlarının adları bəlli olub

07-10-2019

[r32]

7 Oktyabr, 2019  19:41 xeber – Rumıniyanın paytaxtı Buxarestdə yaşı 20 və 23-ə qədər olan ağırlıqqaldıranlar arasındakı Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti bəlli olub.  

Federasiyadan “Report”a verilən məlumata görə, U-20-lərin mübarizəsində Rüstəm Qasımov (67 kq), Tarmenxan Babayev (96 kq), Əliş Nəzərov (109 kq), İsmayıl Qurbanov (+109 kq) çıxış edəcək. Məhəmməd Məmmədli (67 kq), Elşad Şərifov (73 kq), Kənan Əliquliyev (81 kq) isə U-2-lərin yarışında çıxış edəcək. 

Qadınlardan isə Səbinə Əzimova (55 kq) U-20, Mərziyyə Məhərrəmova (49 kq) U-23 yaş kateqoriyasında qüvvəsini sınayacaq. 

Beynəlxalq dərəcəli hakim Məmməd Məmmədov Azərbaycanı hakim qismində təmsil edəcək.

Qeyd edək ki, Avropa çempionatı 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Yarış 17 – 27 oktyabrda keçirilcək. 



mənbə :
Report.az

Avropa cempionatina qatilacaq Azerbaycan agirliqqaldiranlarinin adlari belli olub