İçeriğe geçmek için "Enter"a basın

“Səbail”in baş məşqçisi: “Neftçi” layiqli qələbə qazandı” - MÜSAHİBƏ

05-10-2019

[r32]

5 Oktyabr, 2019  21:32 xeber – “Rəqib layiqli qələbə qazandı. Buna baxmayaraq, komandamızdan razı qaldım”.

“Report” xəbər ki, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın VII turunda “Neftçi”yə səfərdə 1:2 hesabı ilə məğlub olduqları matçdan sonra söyləyib.

38 yaşlı mütəxəssisin sözlərinə görə, komandası bir qədər diqqətsizliyə yol verib: “İlk hissədə standart vəziyyətdən 2 qol buraxdıq. Halbuki onların ən üstün cəhətinin bu olduğunu bilirdik. Buna görə oyunçulara tapşırıq verilmişdi, sadəcə, futbolçularımız diqqətsizliyə yol verdi. İkinci hissədə pressinqlə çıxış etdik. Dəyişikliklərə baxmayaraq, xal qazana bilmədik. Buna görə məyusuq. İlk dövrənin ümumi nəticələrini qənaətbəxş saymaq olar. Daha yaxşı ola bilərdi. Yaranmış fasilədən istifadə etməyə çalışacağıq”.

– Komandanın geridönüş etməsi üçün nəyi dəyişmək lazımdır?

– İndi oyunumuzu yaxşılaşdırmaq barədə düşünürük. Avroliqada fərqli, çempionatda fərqli heyətlə çıxış etdik. Oyunumuzda inkişaf hiss olunur. Düşünürəm ki, bu gün də azarkeşlər oyundan həzz aldılar. Xüsusi bir dəyişikliyə ehtiyac yoxdur. Oyunçu ala bilsək, daha rəqabətli komanda ola bilərik.

– Fəhminin ehtiyatda qalması nə ilə bağlı idi?

– Fəhmin zədəli idi, bir neçə gün məşqlərdən kənarda qalmışdı. Bu gün də oynaması riskli idi. Özü ilə danışdım, 30 dəqiqə oynaya bilərdi. Hücumu gücləndirmək üçün Fəhmini meydana buraxmaq lazım idi.

– “Qarabağ”ın digər klublardan üstün olduğu fikri səslənir. Bu gün “Neftçi”nin oyununu canlı gördünüz. Həmin fikirdə qalırsınız?

– Hər ikisi fərqli komandalardır. “Qarabağ” topla oynamağı sevirsə, “Neftçi” atletik oyun göstərir. “Qarabağ” topla oynamağa imkan vermirsə, “Neftçi”yə qarşı bu baxımdan elə böyük fərq olmur. Amma bu o demək deyil ki, “Neftçi” “Qarabağ”dan zəifdi. Fərqli üsluba malik komandalardı, hər birinin üstün cəhətləri var.



mənbə :
Report.az

“Sebail”in bas mesqcisi: “Neftci” layiqli qelebe qazandi”