İçeriğe geçmek için "Enter"a basın

Bakıda çoxmərtəbəli binada yanğın olub, zəhərlənənlər var

03-10-2019

[r32]

3 Oktyabr, 2019  21:13 xeber – Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində ümumi sahəsi 80 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 18 m² sahədə yanıb, yüksək temperaturdan mətbəxinin lambirindən ibarət tavanı 12 m² sahədə əriyib. 

“Report” FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib (ilkin tibbi yardım göstərilb), 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. 

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



mənbə :
Report.az

Bakida coxmertebeli binada yangin olub, zeherlenenler var