İçeriğe geçmek için "Enter"a basın

Gürcüstanın XİN başçısı: “Azərbaycan və Ermənistanın Qarabağ münaqişəsi ilə bağlı danışıqlar aparması unikal imkandır”

03-10-2019

[r32]

3 Oktyabr, 2019  20:31 xeber – “Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər olmasa da, tərəflər Qarabağ münaqişəsi ilə bağlı danışıqlar aparır. Serbiya və Kosovo arasında da danışıqlar gedir. Niyə də olmasın? Bu cür danışıqlar çətin vəziyyəti nəzərə alaraq unikal imkandır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani rusiyalı həmkarı Sergey Lavrovla bu yaxınlarda keçirdiyi görüş barədə jurnalistlərə danışarkən bildirib.

Onun sözlərinə görə, BMT çərçivəsində bütün ölkələr, hətta diplomatik münasibətləri olmayan ölkələrin nümayəndələri belə bir-biri ilə danışır.

XİN başçısı rusiyalı həmkarı ilə görüş ətrafında bəzi spekulyasiyalara yol verildiyini deyib. O qeyd edib ki, baş tutan görüşdə Gürcüstan və Rusiya arasında danışıqlar formatının dəyişdirilməsi məsələsi müzakirə olunmayıb. 



mənbə :
Report.az

Gurcustanin XİN bascisi: “Azerbaycan ve Ermenistanin Qarabag munaqisesi ile bagli danisiqlar aparmasi unikal imkandir”