İçeriğe geçmek için "Enter"a basın

Avropa Parlamenti: Boris Consonun “Brexit”lə bağlı təklifi qəbul olunmayacaq

03-10-2019

[r32]

3 Oktyabr, 2019  18:56 xeber – Böyük Britaniyanın Avropa İttifaqından çıxması şərtlərinə dair razılığın əldə olunması barədə baş nazir Boris Consonun təklifi Avropa Parlamenti tərəfindən qəbul olunmayacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin “Brexit”ə dair təmas qrupunun bugünkü açıqlamasında bildirilir.

“Təmas qrupunun qənaətincə, Böyük Britaniya hökumətinin 2 oktyabr tarixli son təklifləri hazırkı şəkildə Avropa Parlamentinin təsdiqləyə biləcəyi razılaşma üçün əsas ola bilməz. Bu təkliflər “backstop” rejiminin aradan qaldırıldığı təqdirdə, həll edilməsi zəruri olan gerçək məsələləri əhatə etmir”, – açıqlamada göstərilir.

Xatırladaq ki, “backstop” rejimi Birləşmiş Krallıqla İrlandiya Respublikası arasında İrlandiya adasındakı quru sərhəddə “Brexit” sonrası müəyyən dövr ərzində şəffaflığı təmin etmək məqsədilə düşünülən plandır.



mənbə :
Report.az

Avropa Parlamenti: Boris Consonun “Brexit”le bagli teklifi qebul olunmayacaq