İçeriğe geçmek için "Enter"a basın

İran səfiri İraq XİN-ə çağırılıb

03-10-2019

[r32]

3 Oktyabr, 2019  17:57 xeber – İranın Bağdaddakı səfiri İrəc Məscedi İraqın Xarici İşlər Nazirliyinə çağırılıb.

“Report” xəbər verir ki, məlumatı “Al-arabiya” yayıb.

Səfirdən ABŞ-ın İrana mümkün hücumu zamanı ərazisindən istifadə edəcəyi istənilən ölkəni, o cümlədən İraqı vuracaqları barədə verdiyi bəyanatla bağlı izahat tələb edilib.

İraq XİN-in rəsmisi Əbdül-Kərim Haşem ABŞ hərbiçilərinin rəsmi Bağdadın istəyi ilə ölkədə olduqlarını İrəc Məscedinin nəzərinə çatdırıb.

Qeyd edək ki, bir müddət əvvəl Məscedi “Dijla” telekanalına müsahibəsində ABŞ-ın İrana hücum edəcəyi dünyanın istənilən nöqtəsinə, o cümlədən İraqa cavab zərbəsi endirəcəklərini bildirib.



mənbə :
Report.az

İran sefiri İraq XİN-e cagirilib