İçeriğe geçmek için "Enter"a basın

Fransada polisə hücum nəticəsində ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB-2

03-10-2019

[r32]

3 Oktyabr, 2019  17:04 xeber – Fransada polis əməkdaşlarına hücum nəticəsində ölənlərin sayı 5-ə çatıb.

“Report”un Fransa bürosu xəbər verir ki, Fransanın daxili işlər naziri Kristof Kastaner Türkiyəyə səfərini təxirə salıb.

Fransanın baş naziri Eduar Filip hadisə yerindədir. 


***16:25

Fransada hücuma məruz qalan polis əməkdaşlarından biri xəstəxanada ölüb. 

“Report”un yerli bürosu xəbər verir ki, digər polis əməkdaşının vəziyyətinin isə ağır olduğu bildirilir. 

Məlumata görə, hücum edən şəxsin özü də polis əməkdaşıdır. 

Hadisə polis idarəsinin həyətində baş verib. 

Hazırda Fransanın daxili işlər naziri Kristof Kastaner ərazidədir. 


*** 16:01

Fransanın paytaxtı Parisdə polis əməkdaşlarına hücum olub. 

“Report”un yerli bürosu xəbər verir ki, hadisə nəticəsində polis əməkdaşlarından biri ağır bıçaq yarası alıb.  

Polislər hücum edən şəxsi öldürüb. 

Faktla bağlı araşdırma aparılır. 



mənbə :
Report.az

Fransada polise hucum neticesinde olenlerin sayi 5-e catib fransa paris