[r32]
2 Oktyabr, 2019 21:51 xeber – Bakıda bıçaqlanma hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi adlanan ərazidə qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü Cəlalov Sərvan naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyilə xəstəxanaya çatdırılıb.
Ona sağ budunun kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır.
mənbə :
Report.az