İçeriğe geçmek için "Enter"a basın

Famil Xəlilov: “Mərhələ keçməyi hədəfləmişik”

02-10-2019

[r32]

2 Oktyabr, 2019  21:13 xeber – UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsinin ilk oyunları çərçivəsində keçirilən APOEL (Kipr) – “Qəbələ” matçından (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Famil Xəlilov qarşılaşma barədə fikirlərini açıqlayıb.

“Report”un məlumatına görə, Famil Xəlilov rəqib meydanında qol vurmağın komanda üçün üstünlük olduğunu bildirib:

“Səfər oyununda istəyimiz qol vurmaq idi. Futbolçuları təbrik edirəm. Sona qədər çox yaxşı mübarizə apardılar. Rəqib meydanında qol vurduq. Bu, bizim üstünlüyümüzdür. Səfərdə qol vurduğumuz üçün üstünlük bizim tərəfimizdədir. Lakin hər şey bitməyib. Qəbələdə daha yaxşı mübarizə aparmaq, mərhələ keçməyi hədəfləmişik. Komandamız matça bir az həyəcanlı başladı. Amma vaxt keçdikcə futbolçular uyğunlaşdı. Bir neçə qol imkanımız oldu. Lakin yararlana bilmədik. Mübarizəyə görə komandanı təbrik edirəm”.



mənbə :
Report.az

Famil Xelilov: “Merhele kecmeyi hedeflemisik”