[r32]
2 Oktyabr, 2019 20:45 xeber – ABŞ-ın Konnektikut ştatının Hartford şəhəri yaxınlığındakı Bradley beynəlxalq hava limanında II Dünya müharibəsindən qalma “Boeing-17” tipli bombardmançı təyyarə qəzaya uğrayıb.
“Report” NBC-yə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hava limanının açıqlamasına görə, güclü yanğınla müşayiət olunan qəza yerinə xilasedicilər cəlb olunub, hava limanı bağlanıb.
Qəzanın təyyarənin enişi zamanı baş verdiyi bildirilir.
mənbə :
Report.az