İçeriğe geçmek için "Enter"a basın

ABŞ hərbçiləri Somalidə 10 silahlını məhv ediblər

30-09-2019

[r32]

30 Sentyabr, 2019  22:05 xeber – ABŞ hərbçiləri Somalinin cənubunda “Əş Şabab” radikal qruplaşmasının 10 silahlısını məhv ediblər

Bu barədə “Report” “Goobjoog News”a istinadən xəbər verir.

Bildirilir ki, silahlılar partlayıcı maddə ilə yüklənmiş yük maşınlarında düşərgəyə daxil olublar və atışma başlayıb. Atışma zamanı Amerika hərbçiləri 10 silahlını məhv ediblər.

“Bu hücuma cavab olaraq və özünümüdafiə üçün Afrikadakı Amerika komandanlığı “Əş-Şabab” terrorçularına qarşı iki hava zərbəsi endirib, atıcı silahdan atəş açıb. Amerika hərbçilərinin və onların partnyorlarının hesablamalarına görə, 10 terrorçu öldürülüb, hücumda iştirak etmiş 1 nəqliyyat vasitəsi məhv edilib”, – deyə ABŞ-ın komandanlığı bildirib.

“Aş-Şabab” hücuma görə məsuliyyəti üzərinə götürüb.

Qeyd edək ki, partlayıcı yüklənən avtomobil hərbi bazanın giriş qapısında partladılıb. 



mənbə :
Report.az

ABS herbcileri Somalide 10 silahlini mehv edibler