İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan Mərkəzi Bankı bu il valyuta ehtiyatlarının idarə olunmasından 200 milyon dollar gəlir əldə edəcək - YENİLƏNİB

30-09-2019

[r32]

30 Sentyabr, 2019  17:28 xeber – İlk xəbər saat 17:20-də verilib

“Hazırda Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta bazarına müdaxiləsi cüzidir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun sədri Elman Rüstəmov deyib.

“Biz yalnız bank sektorunun lilvidliyini təmin etmək üçün bazara müdaxilə edirik və banklara kömək edirik. Məsələn, bankların xarici valyutası var, amma onlara manat lazımdır, bu halda biz onlara dəstək veririk. Həmçinin müəyyən təşkilatlar var ki, Azərbaycana xarici valyutada kredit cəlb edirlər. Bizim də öhdəliyimiz var ki, onlar həmin valyutanı bazarda sata bilməsə, bu məsələdə kömək edək. Hətta bu gün Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərinin realizə edilməsində çətinliklər var. Bu işlərə dəstək vermək və beynəlxalq öhdəliklərimizi yerinə yetirmək üçün valyuta alırıq”, – deyə o, qeyd edib. 

E.Rüstəmovun sözlərinə görə, AMB valyuta ehtiyatlarını getdikcə artırır və hazırda bu rəqəm 6 milyard dollardan çoxdur.

“Düşünürəm ki, bu ilin sonuna qədər ehtiyatların idarə olunmasından da 200 milyon dollar gəlir əldə edəcəyik”, – deyə baş bankir qeyd edib. 



mənbə :
Report.az

Azerbaycan Merkezi Banki bu il valyuta ehtiyatlarinin idare olunmasindan 200 milyon dollar gelir elde edecek – YENİLENİB