İçeriğe geçmek için "Enter"a basın

Marko Rossi: 'Azərbaycanla matçda qalib gəlməliyik'

30-09-2019

[r32]

30 Sentyabr, 2019  17:14 xeber – “Futbolçularımız Slovakiya ilə matçda əllərindən gələni etsələr də, böyük şansı qaçırdığımızı anlayırıq. İndi soyuq başla deyə bilərəm ki, son qarşılaşamada çox şanslı idik”. 

“Report” xəbər verir ki, bunu Macarıstan milllisinin baş məşqçisi Marko Rossi AVRO-2020-nin seçmə mərhələsində qarşılaşacaqları Xorvatiya və Azərbaycanla matçdan öncə federasiyanın rəsmi saytına açıqlamasında deyib.

55 yaşlı mütəxəssis deyib ki, kağız üzərində Xorvatiyaya qalib gəlmək mümkünsüz görünə bilər: “İndi həmişəkindən daha vacib olan iki çətin oyun var. Hələ ki, qrupdan çıxmaq şansımız qalır, amma bu iki matçın nəticəsindən çox şey asılıdır. Xüsusən də ikinci qarşılaşma. Sözsüz ki, Azərbaycanla matçda qalib gəlməliyik. Biz yaxşı təəssürat yaratmağa çalışırıq. Əlbəttə, kim olduğumuzu bilirik”.

Qeyd edək ki, Macarıstan yığması Xorvatiya ilə oktyabrın 10-da səfərdə, Azərbaycanla isə 3 gün sonra evdə qarşılaşacaq.



mənbə :
Report.az

Marko Rossi: 'Azerbaycanla matcda qalib gelmeliyik'