İçeriğe geçmek için "Enter"a basın

Nazirlik: Bakının iki ərazisi tullantılardan təmizlənib

30-09-2019

[r32]

30 Sentyabr, 2019  16:47 xeber – Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Suraxanı rayonu, Köhnə Binə ticarət mərkəzinin və Abşeron rayonu Məmmədli kəndinin yaxınlığındakı ərazilərdə tullantıların qalaqlandığı barədə daxil olan şikayət yerində araşdırılıb.

ETSN-dən “Report”a verilən məlumata görə, araşdırma nəticəsində tullantıların qalaqlandığı, düzgün idarə olunmadığı təsdiqini tapıb.

Ərazilərin tullantılardan təmizlənməsi üçün Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə və Məmmədli Bələdiyyəsinə “məcburi göstəriş”lər verilib və ərazilər tullantılardan təmizlənib.



mənbə :
Report.az

Nazirlik: Bakinin iki erazisi tullantilardan temizlenib