İçeriğe geçmek için "Enter"a basın

Batumi meriyası məscidlə bağlı məhkəmə qərarından şikayət verəcək

30-09-2019

[r32]

30 Sentyabr, 2019  16:44 xeber – Gürcüstanın Batumi şəhərinin meriyası yeni məscidin tikintisi ilə bağlı məhkəmə qərarından şikayət vermək niyyətindədir.

“Report”un yerli bürosunun xəbərinə görə, bu barədə Batumi meri Laşa Komaxidze bildirib.

Onun sözlərinə görə, şikayət qərarın diskriminasiya müddəası ilə bağlı olacaq. Mer qərarın digər müddəalarının nəzərdən keçiriləcəyini vurğulayıb. 

Qeyd edək ki, Batumi şəhər meriyasının bugünkü qərarı ilə meriyanın yeni məscidin tikintisinə icazə verməməsi ilə bağlı qərarı müsəlman icmasına qarşı diskriminasiya kimi təsdiq olunub.



mənbə :
Report.az

Batumi meriyasi mescidle bagli mehkeme qerarindan sikayet verecek