İçeriğe geçmek için "Enter"a basın

Ayxan Abbasov: ''Qarabağ'a qarşı futbolçularımızın əzmkarlığı məni qane etdi'

27-09-2019

[r32]

27 Sentyabr, 2019  21:28 xeber – “Futbolçuların əzmkarlığı qane etdi. İlk hissədə taktiki tapşırıqları yaxşı yerinə yetirirdilər. Təəssüf ki, fasilə ərəfəsində qol buraxdıq”.

“Report”un məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın VI turunda səfərdə “Qarabağ” 0:2 hesablı məğlubiyyətdən sonra deyib.

38 yaşlı mütəxəssis bildirib ki, gənc futbolçular “Qarabağ” kimi rəqiblə görüşdə yaxşı təcrübə toplayırlar: “Əlimizdə olan futbolçular bunlardır. Sona qədər vuruşacağıq. İlk hissədə qol buraxmasaq, ikinci yarıda fərqli də ola bilərdi. Bizim kimi komandaların 1-2 imkanı olur. Onu da yaxşı dəyərləndirmək lazımdır. Bizdə bu çatmır”.



mənbə :
Report.az

Ayxan Abbasov: ”Qarabag’a qarsi futbolcularimizin ezmkarligi meni qane etdi’