İçeriğe geçmek için "Enter"a basın

Avrozonada iqtisadi etimad indeksi 4 illik minimumu yeniləyib

27-09-2019

[r32]

27 Sentyabr, 2019  16:47 xeber – ABŞ-Çin ticarət müharibəsi və Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi (“Brexit”) ilə bağlı yaranmış qeyri-müəyyənlik avrozonada iqtisad etimad indeksini son 4 ilin ən aşağı həddinə – 101,7 bəndə endirib. 

“Report” xarici mətbuata istinadən xəbər verir ki, sonuncu dəfə bu göstərici 2015-ci ilin fevral ayında qeydə alınıb. 

Məlumatda deyilir ki, avrozona ölkələrində fəaliyyət göstərən sənaye müəssisələri məhsullarına tələbatın azalacağından narahatdır, bu isə məşğulluq səviyyəsinə təsir edir. Artıq Avropa Komissiyası mövcud vəziyyət barədə bədbin fikirdə olduğunu açıqlayıb. 



mənbə :
Report.az

Avrozonada iqtisadi etimad indeksi 4 illik minimumu yenileyib