İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan bu ilin 8 ayında 142 milyon dollarlıq pomidor ixrac edib

27-09-2019

[r32]

27 Sentyabr, 2019  15:27 xeber – Bu ilin yanvar-avqust aylarından Azərbaycanın ixrac etdiyi qeyri-neft məhsullarının siyahısında pomidor 141,5 milyon dollarlıq göstərici ilə liderliyini qoruyub.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nda bildirilir.

Sənəddə deyilir ki, bu siyahıda qızıl 2-ci (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 107,7 milyon dollarlıq), pambıq mahlıcı isə 3-cü (85,1 milyon dollarlıq) yerdə qərarlaşıb.

Ümumiyyətlə, 8 ay ərzində meyvə-tərəvəz ixracı 361,7 milyon dollar, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 136,8 milyon dollar, pambıq lifi ixracı 86,2 milyon dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 81,3 milyon dollar, kimya sənayesi məhsullarının ixracı 68,5 milyon dollar, elektrik enerjisinin ixracı 58,4 milyon dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 41,4 milyon dollar, alkoqollu və alkoqolsuz içkilərin ixracı 18,9 milyon dollar, pambıq ipliyi ixracı 20,2 milyon dollar, şəkər ixracı isə 20,1 milyon dollar gəlir gətirib. Son 1 ildə içki ixracı 2 dəfə, kimya sənayesi məhsullarının ixracı 68,7%, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 51,3%, pambıq lifinin ixracı 49,4%, pambıq ipliyinin ixracı 40,3%, şəkər ixracı 15,5%, meyvə-tərəvəzin ixracı 14,5% artıb.

Təkcə bu ilin avqust ayında isə qeyri-neft sektoru üzrə ixracın dəyəri 144,4 milyon dollar təşkil edib. Bu, ötən ilin avqust ayı ilə müqayisədə 19 milyon dollar və yaxud 15% çoxdur. Ay ərzində qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (31,2 milyon dollarlıq), Türkiyəyə (27,4 milyon dollarlıq), İsveçrəyə (23,2 milyon dollarlıq), Gürcüstana (10,3 milyon dollarlıq) və Çinə (6,4 milyon dollarlıq) ixrac edilib. Qeyri-neft sektoru üzrə ixracda qızıl 1-ci (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 22,7 milyon dollarlıq), emal olunmamış aşqarlanmamış alüminium 2-ci (11,6 milyon dollarlıq), metanol isə 3-cü (9,6 milyon dollarlıq) olub.



mənbə :
Report.az

Azerbaycan bu ilin 8 ayinda 142 milyon dollarliq pomidor ixrac edib