İçeriğe geçmek için "Enter"a basın

Tbilisidə “Azerbaijan. Travel showroom” açılacaq

26-09-2019

[r32]

26 Sentyabr, 2019  15:31 xeber – Azərbaycan Turizm Bürosu (ATB) Gürcüstanın paytaxtı Tbilisidə “Azerbaijan. Travel showroom” açacaq.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, məkanın rəsmi açılış mərasimi oktyabrın 4-də keçiriləcək.

“Azerbaijan. Travel Showroom” Tbilisinin mərkəzi Rustaveli prospekti 16 ünvanında yerləşir.

Məkanda Azərbaycanın Gürcüstandakı tərəfdaş turizm şirkətlərinin nümayəndələri fəaliyyət göstərəcək, Gürcüstan vətəndaşları və ölkəyə səfər edən əcnəbi ziyarətçilərə Azərbaycanın turizm potensialı barədə məlumatlar veriləcək.

mənbə :
Report.az

Tbiliside “Azerbaijan. Travel showroom” acilacaq