İçeriğe geçmek için "Enter"a basın

'Koroğlu' Nəqliyyat Mübadilə Mərkəzinin köhnə ərazisi Milli Gimnastika Arenasına təhvil veriləcək

26-09-2019

[r32]

26 Sentyabr, 2019  14:53 xeber – Bakı Nəqliyyat Agentliyinin (BNA) metronun “Koroğlu” stansiyasının çıxışında indiyə qədər Nəqliyyat Mübadilə Mərkəzi (NMM) kimi istifadə etdiyi ərazi Milli Gimnastika Arenasına (MGA) təhvil veriləcək.

Bu barədə “Report”a BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, həmin ərazi MGA-ya məxsus parklanma yeridir və indiyə qədər alınmış icazə əsasında müvəqqəti istifadə olunub. Ötən gün açılışı olmuş yeni NMM-in bir həftədən sonra vətəndaşların istifadəsinə verilməsi gözlənilir. Bununla da, MGA-nın ərazisindən istifadə etməyə ehtiyac qalmayacaq.

Xatırladaq ki, yeni “Koroğlu” NMM ümumilikdə 3 hektar ərazidə yerləşir. Mərkəz Bakıətrafı kənd və qəsəbələrə hərəkət edən 30-dan çox marşrut xəttini özündə cəmləşdirəcək.

mənbə :
Report.az

‘Koroglu’ Neqliyyat Mubadile Merkezinin kohne erazisi Milli Gimnastika Arenasina tehvil verilecek