[r32]
24 Sentyabr, 2019 19:38 xeber – “Azərbaycanın 2020-ci ildə Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarında 6 idman növü üzrə 30 idmançı ilə təmsil olunacağı gözlənilir”.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Azərbaycan Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, üzgüçülük və pauerliftinq idman növündə artıq iki lisenziya əldə olunub: “İdmançılarımızın beynəlxalq yarışlarda mübarizələri davam edir. Reytinq cədvəli gələn ilin may ayında bağlanacaq”.
K.Məmmədov “Tokio 2020”də azərbaycanlı paralimpiya idmançılarının uğur əldə edəcəklərinə inandığını da qeyd edib: “Biz idmançılarımıza çox inanırıq və əminik ki, Tokioda Azərbaycan himni dəfələrlə səsləndiriləcək”.
mənbə :
Report.az