İçeriğe geçmek için "Enter"a basın

Abşeronda 36 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb

15-09-2019

[r32]

15 Sentyabr, 2019  23:24 xeber – Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Xirdalan şəhərindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Hüseynov Seymur Elbrus oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb. 

Yarali təcili yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Ona sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyat edilib. 

Fakla bağli Abşeron polisi tərəfindən araşdırma aparılır.

Ramin Şahbazov



mənbə :
Report.az

Abseronda 36 yasli kisi namelum sexs terefinden bicaqlanib