İçeriğe geçmek için "Enter"a basın

AZAL Qurban bayramı ilə əlaqədar bir sıra uçuşlara endirim edib

23-09-2015


23.09.2015 / 10:14 xeber –

Azərbaycan Hava Yolları” QSC (AZAL) qarşıdan gələn Qurban Bayramı ilə əlaqədar aviabiletlərə payız endirim kampaniyası həyata keçirəcək.

 

AZAL-dan "APA_Economics"ə verilən məlumata görə, xüsusi tariflər üzrə biletləri 2015-ci il sentyabrın 24-dən oktyabrın 10-dək AZAL-ın kassalarında və aviaşirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkün olacaq.

 

Sərnişinlər aviabiletləri sərfəli qiymətlə aşağıdakı istiqamətlər üzrə (uçuş tarixi 2015-ci il oktyabrın 11-dən 31-dək) əldə edə bilərlər:

 

Bakı-London-Bakı "gediş-dönüş" – cəmi 329 avro;

        

London-Bakı-London "gediş-dönüş" – cəmi 269 funt sterlinq;        

 

Bakı-Milan-Bakı/Milan-Bakı-Milan "gediş-dönüş" – cəmi 329 avro;

 

Bakı-Roma-Bakı/ Roma-Bakı-Roma "gediş-dönüş" – cəmi 339 avro;

 

Bakı-Berlin-Bakı/Berlin-Bakı-Berlin "gediş-dönüş" – cəmi 319 avro;

 

Bakı-Paris-Bakı/Paris-Bakı-Paris "gediş-dönüş" – cəmi 359 avro;

 

Bakı-Nyu-York-Bakı "gediş-dönüş" – cəmi 499 avro;

 

Nyu-York-Bakı-Nyu-York "gediş-dönüş" – cəmi 559 ABŞ dolları;

 

Bakı-Praqa-Bakı "gediş-dönüş" – cəmi 329 avro;

 

Praqa- Bakı-Praqa "gediş-dönüş" – cəmi 379 ABŞ dolları;

 

mənbə :
lent.az

AZAL Qurban bayramı ile elaqedar bir sıra uçuşlara endirim edib