İçeriğe geçmek için "Enter"a basın

Ərdoğan bu gün Putinlə görüşəcək

23-09-2015


23.09.2015 / 07:48 xeber –

Rusiya prezidenti Vladimir Putin  Moskva Cümə məscidinin açılış mərasimində iştirak etmək üçün bu gün Rusiya paytaxtına səfər edəcək Rəcəb Tayyib Ərdoğanla  danışıqlar keçirəcək.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.      

 

Moskva Cümə məscidinin yeni kompleksinin açılış mərasimi bu günə, Qurban bayramının ərəfəsinə planlaşdırılıb.   

 

Bundan əvvəl Putin və Ərdoğan arasında görüş iyunun 13-də Bakıda Birinci Avropa Oyunlarının açılış mərasimində baş tutub. Görüş qapalı şəraitdə keçirilib. Prezidentlər iri enerji layihələri, Ukraynadakı vəziyyət, mal dövriyyəsinin həcmini 100 mlrd dollara çatdırılması və digər məsələləri müzakirə edib. Bakı görüşündən sonra Putin və Ərdoğan arasında danışıqlar telefon vasitəsilə aparılıb.    

mənbə :
lent.az

Ərdoğan bu gün Putinle görüşecek