İçeriğe geçmek için "Enter"a basın

"Bavariya"nın hücumçusu 9 dəqiqəyə 5 qol vurdu

23-09-2015


23.09.2015 / 04:42 xeber –

Almaniyanın "Bavariya" klubunun polşalı hücumçusu Robert Levandovski 9 dəqiqə ərzində 5 qol vuraraq Bundesliqada rekord müəyyən edib.

 

 

"Report" xəbər verir ki, bu, Almaniya çempionatının 6-cı turu çərçivəsində "Volfsburq"a qarşı ev oyununda mümkün olub.

 

 

Futbolçu 51, 52, 55, 57 və 60-cı dəqiqələrdə fərqlənməyi bacarıb.

 

 

Levandovski Bundesliqa tarixində oyuna əvəzetmə ilə daxil olduqdan sonra 5 qol vuran ilk oyunçu olub. O, görüşün 46-cı dəqiqəsində meydana çıxıb.

 

 

Polşalı futbolçu, həmçinin ən tez het-trik (4 dəqiqə) və pokerin (6 dəqiqə) müəllifi olub.

 

 

Oyun 5:1 hesabı ilə "Bavariya"nın xeyrinə başa çatıb.

mənbə :
lent.az

"Bavariya"nın hücumçusu 9 deqiqeye 5 qol vurdu