İçeriğe geçmek için "Enter"a basın

“Qəbələ”nin Avropa Liqasındakı rəqibi əsas heyətlə çıxacaq

23-09-2015


23.09.2015 / 02:56 xeber –

“Qəbələ”nin UEFA Avropa Liqasındakı rəqiblərindən olan “Krasnodar” Rusiya Kubokunun 1/16 final mərhələsi matçına hazırlaşır. Apasport.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bu mərhələdə “Zenit-İjevsk” klubu ilə qarşılaşacaq Premyer Liqa təmsilçisi səfərə əsas heyətlə yollanmağı planlaşdırır.

 

Bununla bağlı yerli mətbuata açıqlama verən klubun baş direktoru Nurbi Xakunov hətta zədəli Joaozinyonun sentyabrın 24-dəki qarşılaşmada yenidən yaşıl meydanlara dönəcəyini də istisna etməyib: “İjevskdə bu oyuna bayram gözü ilə baxırlar. Rəqibimizə hörmətlə yanaşırıq. Bu səbəbdən də səfərə əsas heyətlə yollanacağıq. Hazırda komandada kimlər yaxşı formadadılarsa, onlarla da çıxış edəcəyik. Zədədən sonra oyun praktikası toplamaqda olan Ari, Vanderson, Andrey Sinişin, Dmitri Torbinski, Rikardo Laborde, Vitali Kaleşinə də şans verilə bilər. Həmçinin baş məşqçimiz Oleq Kononov zədədən yeni qayıdan Joaozinyonu da “Zenit-İjevsk”lə görüşdə meydançaya buxara bilər”.

 

Qeyd edək ki, “Krasnodar” Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununu oktyabrın 1-də məhz “Qəbələ”yə qarşı keçirəcək.

mənbə :
lent.az

“Qebele”nin Avropa Liqasındakı reqibi esas heyetle çıxacaq