İçeriğe geçmek için "Enter"a basın

Milli komandamız Avropa Çempionatının final mərhələsində

23-09-2015


23.09.2015 / 02:45 xeber –

Futzal üzrə milli komandamız bu gün Avro-2016-nın pley-off mərhələsi çərçivəsində Slovakiya ilə cavab görüşünə çıxıb. Apasport.az saytının məlumatına görə, Trnavanın Mestska İdman Sarayında baş tutan qarşılaşmaya yığmamız üstün çıxıb.

 

Çünki komandamız Bakıda keçirilən ilk qarşılaşmada da 3:1 hesablı qələbə qazanmışdı.

 

Bu oyunda da hesabı açan milli komandamız olub. Vitali Borisov 8-ci dəqiqədə yığmamızı önə keçirən qolu vurub. İkinci hissədə rəqib hesabı bərabərləşdirərək ümidlənib.

 

Ancaq slovakiyalıların bundan artığına gücü çatmayıb. 1:1 hesabı ilə bitən oyundan sonra Avropa Çempionatının final mərhələsinə yüksələn komanda Azərbaycan milli komandası olub.

 

Qeyd edək ki, Avro-2016-nın final mərhələsi gələn il, 2-13 fevral aralığında Belqrad şəhərində keçiriləcək.

 

22 sentyabr

Avro-2016-nın pley-off mərhələsinin cavab oyunu

 

Slovakiya – Azərbaycan – 1:1

Qol: Duşan Rafay, 25 – Vitali Borisov, 8

 

Hakimlər: Timo Onatsu, Toni Lehtinen (hər ikisi Finlandiya)

Trnava. "Mestska Sportova Hala" stadionu

İlk oyun – 1:3

mənbə :
lent.az

Milli komandamız Avropa Çempionatının final merhelesinde