İçeriğe geçmek için "Enter"a basın

Davudoğlu müvəqqəti hökumətə iki yeni nazir təyin etdi

23-09-2015


23.09.2015 / 00:51 xeber –

Türkiyənin müvəqqəti hökumətində Aİ ilə İşlər Nazirliyinə Beril Dedeoğlu,  İnkişaf  Nazirliyinə isə Cüneyd Düzyol təyin edilib. APA-nın məlumatına görə, bu barədə rəsmi olaraq baş nazirin katibliyi məlumat yayıb.  

 

Hökumət rəhbəri Əhməd Davudoğlu bundan əvvəl  kürdyönümlü Xalqların Demokratiyası Partiyasının üzvü (HDP) olan əvvəlki nazirlərin istefa ərizəsini qəbul edib.  

 

Aİ ilə işlər üzrə yeni nazir xanım Beril Dedeoğlu İstanbulun Qalatasaray Universitetində beynəlxalq əlaqələr fakültəsinin  professorudur. Onun Aİ üzrə mütəxəssis olduğu, Türkiyə Ali Təhsil Şurasında çalışdığı və kürd məsələsinin nizamlanması məsələsində aktiv rol oynadığı bildirilir.      

 

Cüneyd Düzyol yeni təyinatınadək İnkişaf Nazirliyində müşavir vəzifəsində çalışıb. 

mənbə :
lent.az

Davudoğlu müveqqeti hökumete iki yeni nazir teyin etdi