İçeriğe geçmek için "Enter"a basın

Rusiyada cəmi 9 faiz kimyəvi silah qalıb

22-09-2015


22.09.2015 / 22:48 xeber –

Rusiya kimyəvi silah ehtiyatının 91 faizini məhv edib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın müvafiq  dövlət komissiyasının rəhbəri Mixail Babiç deyib.

 

“Sentyabrın 17-nə olan məlumata görə, 36 min tonadək zəhərləyici maddə məhv edilib. Bu  kimyəvi silahın ümumi ehtiyatlarının 91 faizini təşkil edir”, deyə Babiç bildirib.  

 

Məlumata görə, sentyabrın 22-də Penza yaxınlığındakı “Leonidovka” obyektində saxlanılan kimyəvi silahın məhv edilməsi prosesi başa çatıb. Yaxın zamanda Bryansk, Kirov, Kurqan vilayətlərindəki  üç obyektdə də müvafiq işlərin yekunlaşdırılması gözlənilir.  

 

Bundan əvvəl, 2015-ci ilin yanvarında kimyəvi silah ehtiyatının 85 faizinin məhv edildiyi bildirilmişdi.  

mənbə :
lent.az

Rusiyada cemi 9 faiz kimyevi silah qalıb