İçeriğe geçmek için "Enter"a basın

Lənkəranda sürücü sükan arxasında öldü

22-09-2015


22.09.2015 / 21:31 xeber –

Lənkəran sakini sükan arxasında dünyasını dəyişib. APA-nın cənub bürosunun məlumatına görə, rayonun Gərmətük qəsəbə sakini, 1953-cü il təvəllüdlü  Seyfulla Şükürov sentyabrın 22-də ona məxsus “VAZ-21011” markalı minik avtomobilini idarə edərkən qəfildən vəziyyəti pisləşib. Sürücü dərhal maşını kənara çəkərək saxlayıb. Ətrafdakıların müdaxiləsi ilə S.Şükürov Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həkimlər ona heç bir kömək edə bilməyiblər.

 

Sürücünün meyiti daxili və xarici müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza Mərkəzinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Onun ölümünün dəqiq səbəbləri həyata keçirilmiş ekspertizanın yekun rəyindən sonra məlum olacaq.

 

Faktla bağlı araşdırma aparılır.  

mənbə :
lent.az

Lenkeranda sürücü sükan arxasında öldü