İçeriğe geçmek için "Enter"a basın

DİN-dən Nurçulara əməliyyat – “85 nəfər saxlanılıb”

22-09-2015

daxiliislerDaxili İşlər Nazirliyi dünən Yasamal rayonunda keçirilən “Nurçu” əməliyyatı barədə açıqlama yayıb.

Azadliq.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, sentyabrın 19-da Yasamal RPİ 29-cu Polis Bölməsi və MTN-nin Yasamal rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mübariz Əsədovun X.Mustafayev küçəsindəki evində “Nurçu” dini təriqətini təbliğ etdikləri üçün 85 nəfər saxlanılıb.

Evə baxış zamanı 3000 ədəd yayılması və təbliği qanunla qadağan edilmiş dini ədəbiyyat aşkar edilərək götürülüb.
Onlardan 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 300-cü, 5 nəfər barəsində isə 299.0.2-ci maddələri ilə protokol tərtib edilərək buraxılıb.

DİN-dən Nurçulara əməliyyat – “85 nəfər saxlanılıb”