İçeriğe geçmek için "Enter"a basın

Ermənistan ordusunun 4 əsgəri zabiti döydüklərinə görə saxlanılıb

31-08-2019

[r32]

31 Avqust, 2019  23:36 xeber – Ermənistanın hüquq-mühafiqə orqanları zabitin döyülməsi faktı üzrə 4 əsgəri saxlayıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin İnformasiya və İctimaiyyətiylə əlaqələr şöbəsinin rəisi Naira Arutunyan özünün “Facebook”dakı səhifəsində bildirib.

O, qeyd edib ki, İstintaq Komitəsinin araşdırdığı cinayət işi çərçivəsində icbari hərbi xidmətdə olan dörd hərbi qulluqçu bir qrup şəxs tərəfindən rəisə qarşı zorakılıq hərəkətlərinin edilməsi və ya sağlamlığa orta dərəcəli xəsarət yetirilməsi maddəsi ilə şübhəli şəxs kimi saxlanılıb.

Naira Arutunyanın sözlərinə görə, hərbçilərdən biri həmçinin “Hərbi qulluqçunun təhqir edilməsi” maddəsi üzrə cinayət əməlində şübhəli bilinir.

Həmin maddələr üzrə səkkiz ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 



mənbə :
Report.az

Ermenistan ordusunun 4 esgeri zabiti doyduklerine gore saxlanilib