İçeriğe geçmek için "Enter"a basın

Zərdabda fermadan 24 baş heyvanı oğurlayan şəxs tutulub - ƏLAVƏ OLUNUB - VİDEO

31-08-2019

[r32]

31 Avqust, 2019  20:39 xeber – Video əlavə olunub.


***14:43

Zərdab rayonunda fermadan xırdabuynuzlu heyvan oğurlayan şəxs tutulub.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Körpükənd kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Rusif Məhəmmədəli oğlu avqustun 29-da Daxili İşlər Nazirliyinin (DİN) “102 Xidməti Zəng Mərkəzi”nə və Zərdab Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək 24 avqust 2019-cu il tarixdə ona məxsus fermer təsərrüfatından 24 baş xırdabuynuzlu heyvanının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etdiyini bildirib.

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni 2019-cu ilin iyul ayının ortalarından həmin ilin avqust ayının ortalarına kimi, bir ay müddətində törədən şəxsin Zərdab rayonunun Allahqulubağı kənd sakini, 1992-ci il təvəllüdlü Mahmudov Əşrəf Mahmudəli oğlunun olduğu müəyyən edilib.

O, şübhəli şəxs qismində tutularaq məsuliyyətə cəlb edilib və Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq davam etdirilir.



mənbə :
Report.az

Zerdabda fermadan 24 bas heyvani ogurlayan sexs tutulub – ELAVE OLUNUB – VİDEO