[r32]
31 Avqust, 2019 18:29 xeber – Bakı-Sumqayıt istiqamətində hərəkət edən elektrik qatarının fəaliyyətində problem yaranıb.
“Report” xəbər verir ki, elektrik qatarı bir neçə dəqiqə yubanıb. Belə ki, Bakı Dəmir Yolu Vağzalından saat 18:10-da çıxmalı olan qatar 12 dəqiqə yubanaraq, saat 18:22-də yola düşüb.
Qatarın maşinisti problemin texniki nasazlıqla bağlı olduğunu bildirib.
mənbə :
Report.az