İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda dəhşətli faciə – Ölənlər var – Video

17-09-2015

qezasekilBakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı 3-ə çatıb. Sumqayıt şəhər Təcili Yardım Stansiyasından AzVision.az- a verilən xəbərə görə, ölən ağır yaralı olan şəxslərdən biridir.

Hadisə nəticəsində ölənlərdən biri 1987-ci il təvəllüdlü Abdullayev Amindir. Digər ölənlərin kimliyi isə hələ müəyyən edilməyib.

Bundan başqa stansiya ağır qəzada yaralanan şəxslərin adını açıqlayıb.

***
Bakı-Sumqayıt yolundakı ağır qəzasında yaralanaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilən şəxslərin adları məlum olub. Bu barədə “Report”a xəstənadan bildirilib.

Məlumata əsasən, 10 nəfər yaralıdan 3-ü qadın, digər 7-si isə kişidir: “Yaralıların çoxu hazırda reanimasiya və travmatologiya şöbəsindədir. Yaralılar Baloğlan Ağakişiyev, Rövşən Cavadov, Rəşad Əhmədov, Əsmər Məmmədova, İbadət Allahverdiyev, Ofelya Məmmədova, Asif Paşabəyovdur. Digər 3 yaralının kimliyi isə hələlik müəyyən edilməyib. Onlardan 2-si kişi, biri isə qadındır. Yaralılar arasında uşaq yoxdur”.

Xəstəxanadan o da qeyd edilib ki, yaralıların əksəriyyəti əməliyyat olunur: “Çoxu ambutasiyalardır. Vəziyyəti çox pis olan yaralılar da var. Hazırda xəstəxananın baş həkimi şöbə müdirləri ilə xəstələrə baxış keçirir”.

Qeyd edək ki, hadisə nəticəsində ölənlərdən biri 1987-ci il təvəllüdlü Abdullayev Amindir. Digər ölənin kimliyi isə hələ müəyyən edilməyib.

***

Abşeron rayonu ərazisində iki avtomobil toqquşub. APA TV-nin məlumatına görə, qəza Masazır-Novxanı yolunda baş verib.

26 yaşlı Babayev İmran Niftəli oğlunun idarə etdiyi “Ford” markalı kiçik tutumlu yük maşını Masazır qəsəbəsindən Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən qarşıdan gələn və Əliyev Mehdi İbrahim oğlunun idarə etdiyi “Opel” markalı minik maşını ilə toqquşub. Zərbə güclü olduğundan, avtomobillər ciddi deformasiyaya uğrayıb.

Qəza nəticəsində “Opel”in sürücüsü Mehdi Əliyev xəsarət alıb. Onun deformasiyaya uğramış avtomobildən çıxarılması üçün hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməyinin xilasediciləri cəlb ediliblər. Ağır vəziyyətdə avtomobildən çıxarılan sürücü 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Əraziyə Abşeron Rayon Polis İdarəsinin əməliyyat-istintaq qrupu və YPX müfəttişləri cəlb olunub. İşi araşdıran Abşeron RPİ-nin istintaqçılarının ilkin ehtimalı belədir ki, “Opel” markalı avtomobilin sürücüsü yolayırıcı xəttin tələbini pozaraq qarşıdan gələn avtomobillərin hərəkət zolağına çıxıb. Araşdırmalar davam etdirilir.

***

Bakı-Sumqayıt yolunda baş verən qəza nəticəsində 2 nəfər dünyasını dəyişib.

Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.

Onun sözlərinə görə, hadisə zamanı 10 nəfər yaralanıb.

Nazirlik rəsmisi yaralıların vəziyyətinin ağır olduğunu, iki nəfərin ayağının kəsildiyini qeyd edib.

***

Səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib.

ATV.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, “Ford” markalı mikroavtobus aşıb. Nəticədə 11 nəfər ölüb, xeyli sayda yaralı var.

***

Bakı-Sumqayıt yolunda – Ceyranbatan su anbarının yaxınlığında ağır yol qəzası baş verib.

Avropa.info-nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, içərisində sərnişinlər olan “Ford” markalı mikroavtobus arxadan vurulan zərbə nəticəsində idarəetməni itirib və yol kənarındakı maneəyə çırpılıb.

Şahidlərin verdikləri məlumata görə, hadisənin baş verməsi nəticəsində ölən və yaralananlar var. Ağır yaralıların xəstəxanalara çatdırıldığı bildirilir.

Hadisə yerində araşdırmalar aparılır.

qezasekill

Azərbaycanda dəhşətli faciə – Ölənlər var – Video