İçeriğe geçmek için "Enter"a basın

Aleksandr Səmədov özü haqqında yayılan xəbərləri təkzib edib

26-08-2019

[r32]

26 Avqust, 2019  08:59 xeber – Rusiya millisinin Azərbaycan əsilli sabiq futbolçusu Aleksandr Səmədov Ximkinin “Olimp” klubunun baş direktoru olacağı barədə şayiələrə münasibət bildirib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Sabiq futbolçu bildirib ki, nə ilə məşğul olacağını müəyyən etməyib. Onun sözlərinə görə, hazırda ailəsi ilə dincəlir. 

“Hər halda artıq bununla məşğul olmağa başlamaq lazımdır. Yəqin bu, hansısa bir futbol tarixi olacaq. Çətin ki, məşqçi olacam. Baş direktor haqqında şayiələrə gəlincə, “Olimp”lə sadəcə dostluq münasibətləri var, hansısa məsələlərdə mən kömək edirəm. Bundan başqa heç nə”, – deyə Səmədov bildirib.



mənbə :
Report.az

Aleksandr Semedov ozu haqqinda yayilan xeberleri tekzib edib