İçeriğe geçmek için "Enter"a basın

Premyer Liqa: 'Zirə' 'Neftçi'ni qəbul edəcək

26-08-2019

[r32]

26 Avqust, 2019  07:15 xeber – Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II turun son oyunu keçiriləcək.

“Report”un məlumatına görə, “Zirə” komandası evdə “Neftçi”ni qəbul edəcək. FİFA referisi Rəhim Həsənovun idarə edəcəyi görüş saat 21:00-da başlanacaq.

Hər iki kollektiv çempionata qələbəsiz start verib. “Zirə” səfərdə “Səbail”ə 0:1 hesabı ilə uduzubsa, “Neftçi” evdə “Sabah”la heç-heçə edib – 1:1.

Azərbaycan Premyer Liqası, II tur

26 avqust (bazar ertəsi)

19:00. “Zirə” – “Neftçi”

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Cabbarov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, II turun əvvəlki 3 qarşılaşmasında “Səbail” səfərdə “Sumqayıt“ı, “Qarabağ” “Qəbələ”ni darmadağın edib – 3:0. “Sabah” isə öz meydanında “Keşlə”yə uduzub0:1.



mənbə :
Report.az

Premyer Liqa: 'Zire' 'Neftci'ni qebul edecek