İçeriğe geçmek için "Enter"a basın

Honkonqda nümayişçilərlə toqquşmalarda 15 polis əməkdaşı yaralanıb

26-08-2019

[r32]

26 Avqust, 2019  06:58 xeber – Honkonqda radikal nümayişçilərlə toqquşmalar nəticəsində 15 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

“Report”un TASS-a istinadən məlumatına görə, bu barədə hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib.

Onun sözlərinə görə, bir gün əvvəl qeyri-leqal yığıncaqların ümumilikdə 12-48 yaşlı 29 iştirakçısı saxlanılıb. Polis Çuen Van şəhərində nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və iki yeni xüsusi avtomobil tətbiq edib.

Qeyd edilir ki, radikalların hücumlarına məruz qalan 6 polis zabiti öz həyatları üçün təhlükədən ehtiyat edərək tapançalarını çıxarıblar. Asayiş keşikçilərindən biri özünü müdafiə etmək üçün ilk dəfə odlu silahdan havaya xəbərdarlıq atəşi açıb.



mənbə :
Report.az

Honkonqda numayiscilerle toqqusmalarda 15 polis emekdasi yaralanib