İçeriğe geçmek için "Enter"a basın

Pakistanın Əfqanıstandakı konsulluğu yaxınlığında partlayış törədilib

26-08-2019

[r32]

26 Avqust, 2019  04:34 xeber – Əfqanıstanın şərqindəki Cəlilabad şəhərində, Pakistanın bu ölkədəki Baş Konsulluğunun binası yaxınlığında partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilir ki, hadisə zamanı ən azı 3 nəfər xəsarət alıb. Onlar arasında polis əməkdaşı da var.

“Pakistan konsulluğunun əməkdaşlarından heç kim zərər çəkməyib. İlkin informasiyaya görə, polis və iki nəfər yaralanıb”, – deyə Pakistanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məhəmməd Feysal özünün “Twitter” səhifəsində yazıb.

O, vurğulayıb ki, konsulluğun əməkdaşları obyektin və diplomatik missiyanın əməkdaşlarının təhlükəsizliyinin gücləndirilməsi üçün Əfqanıstanın hakimiyyəti ilə əlaqə saxlayırlar.



mənbə :
Report.az

Pakistanin Efqanistandaki konsullugu yaxinliginda partlayis toredilib