İçeriğe geçmek için "Enter"a basın

Tramp G7 sammitində ona ən çox verilən sualdan danışıb

26-08-2019

[r32]

26 Avqust, 2019  02:43 xeber – ABŞ prezidenti Donald Tramp Biarissdə keçirilən G7 sammitində üzv ölkələrin liderlərinin ona ən çox verdikləri sualdan danışıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

“Bu gün dünyanın başqa liderləri hansılar ki, ABŞ-da işlərin əla getdiyini və bizim indi daha güclü olduğumuzu hesab edirlər, onların mənə ən çox verdikləri sual budur: “Cənab prezident, niyə Amerika mediası sizin ölkənizə belə dərin nifrət edir? Niyə onlar uğursuzluq arzu edirlər?” – deyə Tramp özünün “Twitter”dəki səhifəsində yazıb.

G7 sammiti Fransanın cənub-qərbində, Biarissdə keçirilir.



mənbə :
Report.az

Tramp G7 sammitinde ona en cox verilen sualdan danisib