İçeriğe geçmek için "Enter"a basın

Qaradağlı qetliamından 23 il ötür

17-02-2015


17.02.2015 / 11:46 xeber –

Bu gün Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonununQaradağlı kəndini işğal etməsindən 23 il ötür.

 

APA-nın məlumatına görə, erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra mühasirəni yaran ermənilər fevralın 17-də kəndi işğalı ediblər.

 

İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub.

Şahid ifadələrinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onlardan bəzilərinin başları kəsilib.

 

Qaradağlı indi də işğal altındadır.

Mənbə : Lent.az

Bir yorum

  1. araz 17/02/2015

    hovla hovla demağınan ağız şirin olmaz
    23 ilin erzinde ilde ateşkesin pozulmaği vasitesile 100 esgerin şehid olmağının evezine
    birdefe muharibe olsa o bir muharibedede birdefe 2000 esger şehid olsa çox çox yaxşı olar
    ilden ilede işğalın matemi tutulmağın evezine
    qelebenin ceşni şadlığı tutular
    yox muharibe bir ile qutarmaz min ile qutarar
    min il hem ermeni matem tutar hem muselman
    و لن یجعل الله للکافرین علی المؤمنین سبیلا

Yorumlar kapatıldı.

Qaradağlı qetliamından 23 il ötür