İçeriğe geçmek için "Enter"a basın

Qaradağdakı zavodlarda facie: ölenler var

17-02-2015


17.02.2015 / 11:30 xeber –

Bakıda zavodda bədbəxt hadisə baş verib.

 

Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Heydər Əliyev adında Bakı Dərin Özüllər Zavodunda qeydə alınıb.

 

Həmin zavodda fəhlə işləyən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü İbadət Hüseynov hərəkətdə olan vala düşərək ölüb.

 

Daha bir ölüm faktı Qaradağ rayonunda, Bakı-Ələt magistralının kənarında yerləşən "İnter Glass" MMC-yə məxsus şüşə zavodunda baş verib. Orada qaynaqçı işləyən 1949-cu il təvəllüdlü İsaq Əsgərov qəfil ölüb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

Mənbə : Lent.az

Qaradağdakı zavodlarda facie: ölenler var