17.02.2015 / 11:30 xeber –
Bakıda zavodda bədbəxt hadisə baş verib.
Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Heydər Əliyev adında Bakı Dərin Özüllər Zavodunda qeydə alınıb.
Həmin zavodda fəhlə işləyən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü İbadət Hüseynov hərəkətdə olan vala düşərək ölüb.
Daha bir ölüm faktı Qaradağ rayonunda, Bakı-Ələt magistralının kənarında yerləşən "İnter Glass" MMC-yə məxsus şüşə zavodunda baş verib. Orada qaynaqçı işləyən 1949-cu il təvəllüdlü İsaq Əsgərov qəfil ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Mənbə : Lent.az