İçeriğe geçmek için "Enter"a basın

FHN emekdaşları icbari qaydada sığortalanacaq – SƏRƏNCAM

17-02-2015


17.02.2015 / 10:15 xeber –

“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun təsdiq edilib. Lent.az-ın məlumatına görə, prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Qanuna əsasən, fövqəladə hallar orqanlarının əməkdaşlarının həyat və sağlamlığı “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” qanuna uyğun olaraq icbari qaydada sığorta etdiriləcək.

 

 

 

Mənbə : Lent.az

FHN emekdaşları icbari qaydada sığortalanacaq – SƏRƏNCAM