İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda biznes kreditləri və real sektorda kreditlər azalıb

01-08-2019

[r32]

1 Avqust, 2019  03:02 xeber – “Kredit aktivliyi davam edir. Cari ilin altı ayında kreditlər 3,6 faiz artıb. Lakin bu zaman başlıca olaraq bu artım 9 faizdən çox istehlak kreditləri tərəfindən baş verib. Amma biznes kreditləri, real sektorda kreditlər bir qədər – 0,3 faiz azalıb”.

“Report” xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə çıxışı zamanı bildirib.

O qeyd edib ki, bu sahədə diqqətli olmaq lazımdır:

“Hesab edirik ki, biz diqqətli olmalıyıq. İstehlak kreditlərinin artması diqqətlə izlənilməlidir. Həm bütövlükdə əhalinin borc yükünün artmasını, həm də bank sektorunun portfelində bunun 50 faizə yaxınlaşmasını izləməliyik ki, sabah bu, hansı problemlər yarada bilər”.

E.Rüstəmovun sözlərinə görə, bu gün bank sektorunda əhəmiyyətli likvidlik olsa da, biznes kreditlər artmır:

“Bu gün bank sektorunda əhəmiyyətli likvidlik var. Amma biz yenə də görürük ki, biznes kreditlər artmır. Görünür, kompleks requlyativ, stimullaşdırıcı tədbirlər görmək lazım gələcək ki, bu kreditlər bütövlükdə real sektora getsin və bütövlükdə ölkədə daxili investisiya prosesini dəstəkləsin”.



mənbə :
Report.az

Azerbaycanda biznes kreditleri ve real sektorda kreditler azalib